Martda "Azəriqaz" 58 minə yaxın mənzilə texniki baxış keçirib

Martda "Azəriqaz" 58 minə yaxın mənzilə texniki baxış keçirib
# 13 aprel 2016 15:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin mart ayında SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən 57 713 mənzildə texniki baxış və profilaktik xidmət işləri həyata keçirilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, qaz kəmərlərinə qeyri-qanuni birləşmələrə, mənzildaxili qaz xətlərinə, qaz cihaz və qurğularına nəzarət etmək məqsədi ilə həyata keçirilən texniki baxış zamanı istehlakçılara təbii qazdan istifadə qaydaları üzrə təlimatlar verilib.

Təbii qazdan təhlükəsiz istifadə olunması və baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə bundan sonra da texniki baxışlar davam etdiriləcək. “Azəriqaz” istehlakçılardan təbii qazdan istifadə zamanı diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini xahiş edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR