"Şahdəniz" yatağından indiyədək 72 mlrd. kubmetr qaz və 16 mln. ton kondensat hasil olunub

 "Şahdəniz" yatağından indiyədək 72 mlrd. kubmetr qaz və 16 mln. ton kondensat hasil olunub
# 03 iyun 2016 08:46 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. "Şahdəniz" yatağından işlənmənin əvvəlindən indiyədək ümumilikdə 72 mlrd. kubmetr qaz və 16 mln. ton kondensat hasil olunub.

APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Xəzər Beynəlxalq Neft-Qaz Konfransında çıxış edərkən SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, bu ilin iyunun 1-dək "Şahdəniz" yatağından 4,5 mlrd. kubmetr qaz, 1 mln. ton kondensat hasil olunub: “Hazırda "Şahdəniz" yatağından 8 işləmə quyusundan gündə orta hesabla 30 mln. kubmetr qaz, 7 min ton kondensat hasil olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR