ABŞ-da sərnişin qatarı avtomobillə toqquşub

ABŞ-da sərnişin qatarı avtomobillə toqquşub
# 23 fevral 2016 04:35 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın San Fernando şəhərində (Kaliforniya ştatı) sərnişin qatarı relslərin üzərində dayanan avtomobilə çırpılıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə zamanı vurulan avtomobildə heç kim olmayıb.

İlkin versiyaya əsasən, maşın nasazlıq səbəbindən relslərdə ilişib qalıb.

Qatarda 33 sərnişinin olduğu bildirilir. Hadisə yerinə təcili yardım briqadaları cəlb olunub. Zərərçəkənlər barədə hələ ki, məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR