Tovuzda baş verən qəzada yol polisi zabiti ölüb, həyat yoldaşı ağır yaralanıb - YENİLƏNİB

Tovuzda baş verən qəzada yol polisi zabiti ölüb, həyat yoldaşı ağır yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 12 iyul 2016 19:43 (UTC +04:00)

Tovuz. Azər Məmmədli-APA. Bir nəfərin ölümü və bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası Tovuz-Düzqışlaq avtomobil yolunda qeydə alınıb.

APA-nın Qərb bürosunun məlumatına görə, hadisə yerinin yaxınlığında yerləşən istirahət mərkəzlərinin birində dincələn Eyvaz Həsənov həyat yoldaşı ilə kvadrosiklla hərəkət edən zaman idarəetməni itirib və yolun kənarındakı maneəyə çırpılıb.

Qəza nəticəsində Eyvaz Həsənov dünyasını dəyişib, həyat yoldaşı isə müxtəlif bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən 1980-ci il təvəllüdlü polis baş leytenantı Eyvaz Həsənov Baş Dövlət Yol Polisi İdarəsinin 9-cu tağımının baş inspektoru vəzifəsində çalışıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşlar tərəfindən araşdırma aparılır.

**** 20.28

Tovuz. Azər Məmmədli – APA. Tovuzda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Ağbulaq kəndi ərazisində baş verib.

Qəza zamanı bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Yaralılar Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb, meyit isə ekspertiza üçün Məhkəmə-Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Tovuz rayon Şöbəsinə göndərilib.

Hadisə yerində Tovuz rayon Polis Şöbəsinin əməkdaşları araşdırmalara başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR