Narkotik dövriyyəsində təqsirləndirilən Türkiyə və Azərbaycan vətəndaşlarının şikayətləri təmin edilməyib

Narkotik dövriyyəsində təqsirləndirilən Türkiyə və Azərbaycan vətəndaşlarının şikayətləri təmin edilməyib
# 05 dekabr 2015 08:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Türkiyə və Azərbaycan vətəndaşlarının apellyasiya şikayətləri əsasında məhkəmə prosesi başa çatıb.


APA-nın məlumatına görə, məhkəmənin qərarı ilə şikayətlər təmin edilməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Türkiyə vətəndaşı Fer Adil Yavuz 5 il, Azərbaycan vətəndaşları - Əlirza Amanbəyli 3 il, Bəhram Əliyev isə 1 il müddətinə azadlıqdan məhrum edilib. Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma, daşıma) maddəsinə əsasən ittiham olunurlar.

Onlardan Ə. Amanbəyli apellyasiya şikayəti verməyib.

Əlirza Amanbəyli bir müddət Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevin müavini olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR