Elmar Məmmədyarov: "Ermənistanın məqsədi status-kvonu saxlamaqla münaqişənin həllinə maneə yaratmaqdır"

Elmar Məmmədyarov: "Ermənistanın məqsədi status-kvonu saxlamaqla münaqişənin həllinə maneə yaratmaqdır"
# 05 aprel 2016 12:54 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfoova-APA, “Xarici işlər naziri Elmar Məmmədyarov CNN kanalında jurnalist Beki Andersonun “Connect the World” proqramında çıxış edib”.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, E. Məmmədyarov cəbhədə yaranmış son gərginlik, Ermənistan silahlı qüvvələrinin cəbhəyanı ərazilərdə sıx məskunlaşan azərbaycanlı mülki əhalini və mülki obyektləri hədəfə alması, Ermənistanın həyata keçirdiyi təxribatçı əməllərindən danışıb. Nazir qeyd edib ki, Ermənistanın məqsədi status-kvonu saxlamaqla münaqişənin həllinə maneə yaratmaqdır. O, yenilənmiş "Madrid prinsipləri" əsasında münaqişənin mərhələli şəkildə həllinin mümkün olduğunu bildirib. Ermənistanın hər vəchlə danışıqlar prosesini əngəllədiyini və bütün təşəbbüsləri rədd etdiyini vurğulayıb və jurnalistin suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR