Əcnəbilər bu gündən Azərbaycan ərazisində viza ala bilərlər

Əcnəbilər bu gündən Azərbaycan ərazisində viza ala bilərlər
# 06 iyun 2016 08:46 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Əcnəbilərin Azərbaycan Respublikasının ərazisində Xarici İşlər Nazirliyindən viza alması ilə bağlı yeni prosedur qüvvəyə bu gündən minib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının ərazisində viza almaq üçün ərizə-anket”in nümunəsi barədə qərarında əksini tapıb.

Ərizə-anketdə pasportda olduğu kimi soyad, ad, cins, doğum tarixi (gün, ay, il), doğum yeri (şəhər, ölkə), vətəndaşlıq barədə məlumat əksini tapmalıdır.

Şəxsin vətəndaşlığının dəyişib-dəyişməməsi barədə məlumatı (əgər dəyişilibsə, nə zaman və əvvəlki vətəndaşlığı göstərməlidir) da ərizə-anketdə göstərməlidir. Ərizə-anketdə pasportun seriyası, Azərbaycan Respublikasında qalma müddəti (gün), səfərin məqsədi, ərizə-anketi qəbul edən tərəfin (hüquqi və ya fiziki şəxsin) tam adı, ünvanı və telefon nömrəsi də əksini tapmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR