Prezident özəl sektoru "SOCAR Polymer" layihəsinə qoşulmağa dəvət edib

Prezident özəl sektoru "SOCAR Polymer" layihəsinə qoşulmağa dəvət edib
# 11 iyul 2016 20:18 (UTC +04:00)

Bakı - APA-Economics. "İri layihələr arasında "SOCAR Polymer" xüsusi yer tutur, bura təxminən 700 milyon dollar həcmində investisiya yatırılıb".

"APA-Economics" xəbər verir ki, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

Ölkə başçısı qeyd edib ki, 2 ildən sonra bu müəssisə hazır məhsul istehsal edəcək. "Bununla da, idxadan asılılıq tamamilə aradan qaldırılacaq və böyük ixrac potensialı yaranacaq. Bu, birinci mərhələ olmalıdır. Layihəyə özəl sektor da qoşulmalıdır və hazır məhsul istehsalına da başlamalıdır, çünki o xammalın istehsalı böyük imkanlar yaradır. Bu zavoddan faydalanan özəl sektor çox çevik siyasət aparmalıdır. Tezliklə, lazım olarsa, dövlətin dəstəyi ilə bir çox kiçik və orta müəssisələr yaranmalıdır və onlar hazır məhsulu ölkədə istehsal etməlidir", - deyə prezident qeyd edib.

Dövlət başçısı əlavə edib ki, 2018-ci ildə həmçinin azot gübrəsi istehsalı ilə məşğul olan zavodun istismara verilməsi planlaşdırılır ki, bu da gübrəyə olan tələbatımızı tam təmin edəcək: "Burada da böyük ixrac potensialı yaranacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR