Rusiya baş nazirinin müavini: “Türkiyə “Türk axını” ilə bağlı danışıqların bərpasına hazır olduğunu bildirib”

Rusiya baş nazirinin müavini: “Türkiyə “Türk axını” ilə bağlı danışıqların bərpasına hazır olduğunu bildirib”
# 26 iyul 2016 12:19 (UTC +04:00)

Bakı – APA. Türkiyə hökuməti “Türk axını” qaz kəmərinin tikintisi mövzusunda Rusiya ilə dialoqu bərpa etməyə hazır olduğunu bildirib.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu sözləri Rusiya baş nazirinin müavini Andrey Dvorkoviç Moskvada Türkiyə baş nazirinin müavini Mehmet Şimşəklə görüşündən sonra deyib.

A. Dvorkoviç bildirib ki, layihənin perspektivləri M. Şimşəkin energetika naziri Aleksandr Novakla görüşündən sonra aydınlaşacaq. “Layihə ilkin mərhələdədir, lakin tərəflərin xoş məramı ilə kifayət qədər tez müddətdə irəliləmək mümkündür”, - deyə A. Dvorkoviç söyləyib.

Xatırladaq ki, 2014-cü ilin dekabrında Rusiyanın “Qazprom” və Türkiyənin “Botaş” dövlət şirkətləri arasında Qara dənizdən keçəcək “Türk axını” qaz kəmərinin tikintisi haqqında memorandum imzalanıb. Əvvəlcə boru ilə ildə 63 milyard kubmetr qaz nəqli nəzərdə tutulsa da, sonradan bu həcm iki dəfə azaldılıb. Layihə Avropa İttifaqının rədd etdiyi “Cənub axını”n əvəz etməli idi, lakin 2015-ci ilin noyabrında Rusiya hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra layihə dondurulub. “Cənub axını”nın podratçısı olan “Saipem” şirkəti isə “Qazprom”a qarşçı 750 milyon avro məbləğində məhkəmə iddiası qaldırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR