Bakıda minik avtomobili yanıb

Bakıda minik avtomobili yanıb
# 13 sentyabr 2016 03:13 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nəsimi rayonunda vətəndaşa məxsus “Porsche” markalı minik avtomobilinin arxa sol qapısı və təkəri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 03:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR