Cavid Qurbanov Litva səfiri ilə “Viking train” layihəsi barədə müzakirə aparıb

Cavid Qurbanov Litva səfiri ilə “Viking train” layihəsi barədə müzakirə aparıb
# 15 sentyabr 2016 11:38 (UTC +04:00)

Bakı-APA. Bu gün “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas ilə görüş keçirilib.

QSC-nin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, qurumun sədri Cavid Qurbanov görüşdə reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında danışıb. Görüşdə Litva və Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin, “Vikinq train” layihəsinin gələcək perspektivləri müzakirə olunub. V. Lastauskas QSC-də həyata keçirilən genişmiqyaslı islahatları yüksək qiymətləndirib. İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Qeyd edək ki, “Viking train” layihəsi 3 ölkə - Litva, Belarus və Ukraynanı əhatə etməklə yüklərin Baltik dənizi hövzəsindən Qara dəniz hövzəsinə daşınmasını əhatə edir. Azərbaycanın bu layihədə iştirakı daha geniş perspektivlər vəd edir. “Viking train” layihəsi Xəzər dənizi hövzəsinə çıxış əldə etməklə, bundan sonra həm Şərq istiqamətində (Orta Asiya və Çin) həm də Cənub istiqamətində (İran körfəzi və Hindistan) və əks istiqamətdə yüklərin daşınmasına imkan yaradacaq. Şimali Avropa (Baltikyanı, Skandinaviya və s.) dövlətlərinin İran, Pakistan, Hindistan və Ərəb ölkələri ilə ticarət dövriyyəsi kifayət qədər yüksək olduğundan Azərbaycan tranzit ölkə kimi bundan bəhrələnəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR