Şəmkir və Xaçmazda 3 otaqlı ev yanıb

Şəmkir və Xaçmazda 3 otaqlı ev yanıb
# 22 fevral 2016 22:54 (UTC +04:00)

Bakı-APA. Şəmkir və Xaçmazda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,Şəmkir rayonu, Çinarlı qəsəbəsində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Xaçmaz şəhərində isə vətəndaşa məxsus ümumi sahəsi 100 kv.m olan birmərtəbəli, 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 12 kv.m və dam örtüyü 20 kv.m sahədə yanıb. Yanğın zamanı ev sahibi yanğınsöndürənlər tərəfindən yanğından xilas edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR