AMEA-nın vitse-prezidenti: "Ermənistan XX əsrdə Qafqazda bütün təcavüzlərin və işğalların əsas səbəbkarıdır"

AMEA-nın vitse-prezidenti: "Ermənistan XX əsrdə Qafqazda bütün təcavüzlərin və işğalların əsas səbəbkarıdır"
# 23 aprel 2016 11:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. "Ermənistan bütün tarixi boyu soyqırımlar törədən, Dağlıq Qarabağ məsələsində işğalçı təcavüzkar dövlətdir".

APA-nın xəbərinə görə, bunu millət vəkili, AMEA-nın prezidenti İsa Həbibbəyli deyib.

Alim bildirib ki, bu il aprelin ilk həftəsində düşmən təcavüzkar siyasətini bir daha nümayiş etdirib: "Azərbaycan xalqı prezidentin ətrafında birləşərək düşmənə layiqli cavab verdi. Dağlıq Qarabağ və ətraf ərazilərdə baş verənlərdə Ermənistan özünü haqlı tərəf kimi dünyaya göstərməyə çalışır. Amma bunun yalan və uydurma olduğu göz qabağındadır. Biz bir daha bəyan edirik ki, Ermənistan XX əsrdə Qafqazdakı bütün təcavüzlərin və işğalların əsas səbəbkarıdır. Ermənistan Qafqazda yaşayıb, inkişaf etmək istəyirsə, çəkilib yerində oturmalı, dinc yaşamağı bacarmalıdır. Biz inanırıq ki, Azərbaycan bu məsələdə haqlı olaraq qələbə qazanacaq və ərazi bütövlüyünü bərpa edəcək".

İ. Həbibbəyli qeyd edib ki, erməni yalanlarını üzə çıxarılması istiqamətində AMEA tərəfindən də mühüm işlər görülür. Akademiyada yaradılan xüsusi komissiya tərəfindən müvafiq tədqiqatlar, araşdırmalar aparılır. Bu vaxta kimi AMEA institutları tərəfindən erməni yalanlarını ifşa edən 60-a yaxın kitab çap olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR