Kürdəxanı sakininin 17 baş qoyunu oğurlanıb

Kürdəxanı sakininin 17 baş qoyunu oğurlanıb
# 30 may 2016 01:22 (UTC +04:00)

Bakı. Fərahim Qasımov – APA. Ötən gün Bakının Kürdəxanı qəsəbəsində oğurluq hadisəsi qeydə alınıb.

APA-nın məlumatına görə, qəsəbə sakininin tövləsindən 17 baş xırdabuynuzlu heyvan oğurlanıb. Hadisə Kürdəxanı qəsəbəsi, Meyvə-Tinlik sovxozu deyilən ərazidə qeydə alınıb.

Gecə saatlarında tövləyə girən oğrular İsmayıl Əhmədova məxsus 17 baş qoyunu aparıblar. Zərərçəkənin sözlərinə görə, oğrular tövləyə gecə saatlarında qapının qıfılını qırmaqla giriblər.

Hadisədən sonra polisə məlumat verən qəsəbə sakininin sözlərinə görə, 15-ci polis bölməsinin əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalara başlayıblar.

Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə isə, sözügedən faktla bağlı hələlik saxlanılan olmasa da, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR