Rusiyada qətl törədən “Siqan” ləqəbli azərbaycanlıya 20 illik həbs cəzası verilib

Rusiyada qətl törədən “Siqan” ləqəbli azərbaycanlıya 20 illik həbs cəzası verilib
# 06 oktyabr 2016 13:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə -APA. Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiyada qətl və digər cinayətlər törətməkdə təqsirləndirilən Elmir Məmmədovun məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, Rusiyada onun barəsində çıxarılan məhkəmə hökmünün Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsinə qərar verilib. Ona 20 il cəza təyin edilib.

Qeyd edək ki, E. Məmmədov Rusiyada keçirilən məhkəmənin hökmü ilə 21 il müddətinə azadlıqdan məhrum edilib. Sonra o, Azərbaycana təhvil verilib. Hazırda onun barəsində olan hökmün Azərbaycan qanunvericiliyinə uyğun tənzimlənməsinə baxılır.

Onu da qeyd edək ki, E. Məmmədov kriminal aləmdə "Siqan" ləqəbi ilə tanınır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR