Yunanıstana qaçan qiyamçıların helikopteri Türkiyəyə qaytarılıb

Yunanıstana qaçan qiyamçıların helikopteri Türkiyəyə qaytarılıb
# 17 iyul 2016 02:44 (UTC +04:00)

Bakı-APA. Yunanıstana enən, Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi helikopter geri qaytarılıb.

APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə, helikopterdəkilərdən 2-si mayor, 1-i kapitan, 5-i isə əsgər olub. Onlar Yunanıstandan sığınacaq istəyiblər.

Bundan əvvəl Yunanıstanın XİN rəhbəri Aleksis Tsipras qiyamçı hərbçilərin Türkiyəyə ekstradisiya olunacağını prezident Ərdoğana vəd edib.

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu həmin şəxslərin dərhal Türkiyəyə təhvil verilməsini istəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR