Sabirabadda yük maşını piyadanı vuraraq öldürüb

Sabirabadda yük maşını piyadanı vuraraq öldürüb
# 15 mart 2016 20:28 (UTC +04:00)

Sabirabad. Əlibəy Zeynallı-APA. Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb.

APA-nın Mil Muğan bürosunun məlumatına görə, Sabirabad rayonunun Nərimankənd kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Ford” markalı yük maşını həmin kəndin sakini 1941-ci il təvəllüdlü Səmədov Kamran Ağacan oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabirabad polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR