Gəncədə beynəlxalq səhiyyə konfransı keçirilir

Gəncədə beynəlxalq səhiyyə konfransı keçirilir
# 19 sentyabr 2015 14:04 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhərində Neonatologiyada nəzəri və təcrübi  yanaşmalar mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçirilir.

 

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə neopatalogiyada son nailiyyətlər və onların tətbiqi məsələləri müzakirə olunub.

 

Konfransdan əvvəl iştirakçılar Heydər Əliyevin abidəsini ziyarət ediblər. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev neopatologiya sahəsində beynəlxalq təcrübələrin öyrənilib yerli həkimlərə çatdırılmasında, onların biliklərinin artırılmasında konfransın əhəmiyyətini xüsusi vurğulayıb və iştirakçılara uğurlar arzulayıb. Respublika səhiyyə nazirliyinin dəstəyi ilə iki gün davam edəcək konfransda tanınmış mütəxəssislərin yenidoğulmuşların opqanizmində müşahidə edilən xəstəliklərin diaqnostikası və müalicəsindəki qabaqcıl təcrübə və ən son nailiyyətlərlə barədə məruzə və çıxışlar dinənilib.

 

Konfransın əsas məqsədi qabaqcıl, aparıcı mütəxəsislərə, tədqiqatçılara və həkimlərə iş əlaqələrini qurmağa, eləcədə bir-biri ilə sıx bağlı olan elm, tibb və səhiyyə sahələrinin irəliləməsi üçün faydalarının elmi müzakirələrinin həyata keçirməyə imkan verməkdir.

 

Konfransın bu gün keirilən yığıncağında neonatologiya ilə bağlı tanınmış professor və uzmanların yenidoğulmuşların orqanizmində müşahidə edilən xəstəliklərin diaqnostikası və mülicəsindəki qabaqcıl təcrübə və ən son nailiyyətlər barədə  20-yə yaxın məruzə və çıxışlar dinlənilib, iştirakçılarla  müzakirələr aparılıb.

 

Tədbirdə Neonatologiyada teoretik və praktiki yanaşmalarla bağlı mövzusularin müzakirəsində Azərbaycan həkimləri ilə yanaşı Türkiyə Cümhuriyyətinin EGE Universitetinin TİBB Fakültəsinin aparıcı mütəxəsisləri də iştirak edirlər.

 

Tədbirdə neonatologiya sahəsində çalışan aparıcı mütəxəsislərin əldə etdiyi son nailiyyətlər,  qarşıda duran aktual problemlərin həllinə yönəlmiş çıxışlar praktik vərdişlərin nümayişi  şəklində keçirilir.

 

Konfrans öz işini sabah davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR