Bakı-APA. Gəncə şəhərinin Nizami rayonunda vətəndaşa məxsus, hazırda fəaliyyət göstərməyən Gəncə Qənnadı ASC-nin anbarının 3-cü mərtəbəsində 50 kv.m sahədə plastik tullantıları yanıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 6300 kv.m olan anbarın qalan hissəsi yangından mühafizə olunub.
***
15.43
Gəncə. Azər Məmmədli - APA. Gəncə Qənnadı fabrikdə yanğın hadisəsi baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə fabrikin 5 mərtəbəli binasının 3-cü mərtəbəsində yerləşən anbarda qeydə alınıb. Otağa yığılan plastik əşyaların alışması nəticəsində baş verən yanğını söndürmək üçün Gəncə Yanğından Mühafizə Hissəsinin 6 avtomobili və canlı qüvvəsi cəlb edilib. Alovun yayılmasının qarşısı alınıb. Məlumata görə, 50 kvadratmetr sahə yanaraq sıradan çıxıb.
Yanğının baş vermə səbəbi araşdırılır.