Tərtərin icra başçısı: "Heç kimi öz yerini tərk etməyib, əhalinin əhval-ruhiyyəsi yüksəkdir"

Tərtərin icra başçısı: "Heç kimi öz yerini tərk etməyib, əhalinin əhval-ruhiyyəsi yüksəkdir"
# 02 aprel 2016 13:29 (UTC +04:00)

Tərtər. Ziya Əmirxanlı - APA. "Tərtərdə fəaliyyət göstərən bütün dövlət qurumları əhalinin yanındadır". Bunu APA-nın Qarabağ bürosuna açıqlamasında Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.

Onun sözlərinə görə, qoşunların təmas xəttində yaşanan gərginlik əhalinin psixologiyasına heç bir mənfi təsir göstərməyib: "Heç bir panika yoxdur. Heç kimi öz yerini tərk etməyib, əhalinin əhval-ruhiyyəsi yüksəkdir. Biz ordumuza görə hər şeyə hazır olmalıyıq. Ali Baş Komandanın bütün diqqəti ordunun üzərindədir. Tərtərin vətənpərvər gəncləri var. Hər bir Azərbaycan vətəndaşı öz dədə-baba topağına qaytarmaq, oranı qorumaq istəyir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR