Araz Əlizadə: “Mən tanıdığım müxalifət hakimiyyətə işə yarayan və normal təklif verə bilməyəcək”

Araz Əlizadə: “Mən tanıdığım müxalifət hakimiyyətə işə yarayan və normal təklif verə bilməyəcək”
# 27 yanvar 2016 13:46 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. “Ölkə başçısı Azərbaycanda manatın məzənnəsinin dəyişməsi, neftin qiymətinin düşməsi ilə bağlı yaranan vəziyyətdə nə etmək lazım olduğunu hamıdan yaxşı bilir və müxalifətin təklifi lazımsızdır”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, Milli Məclisin deputatı Araz Əlizadə deyib.

O, Azərbaycanda 14 müxalifət partiyası rəhbərinin ölkədəki vəziyyətlə bağlı müzakirələrə başlaması və hökumətə vəziyyətdən çıxış yolları haqqında təkliflər irəli sürməsinə münasibət bildirərək, bunu lazımsız addım kimi qiymətləndirib. A. Əlizadə bu partiyaların işini “yararsız” adlandırıb: “Bunlar iqtisadi böhranla bağlı bir iş görə bilməz və hər hansı təkliflə çıxış etmək imkanları da yoxdur. Ümumiyyətlə, müxalifət partiyaları iqtidarla görüşüb, danışmaq istəyirsə, bu, onu göstərir ki, anlayırlar ki, dialoq lazımdı. Mən tanıdığım müxalifət hakimiyyətə işə yarayan və normal təklif verə bilməyəcək”.

Xatırladaq ki, Müsavat və AXCP istisna olmaqla, KXCP, AXP, Azadlıq, ADP, Ümid Partiyası, BAP, ALDP və digər partiyalar İşçi Qrupu yaradaraq hökumətə təkliflər irəli sürmək üçün müzakirələrə başlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR