Gürcüstanda İV Radiologiya Konqresi keçirilir

Gürcüstanda İV Radiologiya Konqresi keçirilir
# 07 may 2016 16:00 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Tiflisdə radioloqların IV Beynəlxalq Konqresinin açılışı olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Gürcüstan parlamentinin səhiyyə və sosial məsələlər üzrə komitə sədri Dimitri Xundadze, Gürcüstan Radioloqlar Assosiasiyasının prezidenti, Gürcüstan Milli Akademiyasının vitse prezidenti, akademik Fridon Todua, Gürcüstan Milli Akademiyasının prezidenti Giorgi Kvesitadze, Bakıdakı N. Tusi adına klinikasının şöbə müdiri, Əziz Əliyev adına Təkmilləşdirmə İnstitutunun dosenti, radioloq Yunus Əfəndiyev və başqaları müxtəlif mövzularda çıxış ediblər.

Azərbaycan nümayəndəsi Yunus Əfəndiyev Gürcüstanın IV Radilogiya Konqresində “Nadir radioloji sindrom” mövzusunda çıxış edib.

40 ölkədən 500-dən çox nümayəndənin iştirak etdiyi tədbirdə radiologiyanın müasir problemləri müzakirə edilir.

Bu gün konqres sessiyalarda davam edib.

Konqresdə həmçinin Tiflisdə fəaliyyət göstərən Eksperimental Təbabət İnstitutunun 25 illiyi də qeyd olunub. Tədbirdə konqres iştirakçıları Gürcüstan Radioloqlar Assosiasiyasının diplomları ilə təltif olunub.

Sabah konqres öz işinə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR