İrandan Azərbaycana narkotik və psixotrop maddələrin gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik və psixotrop maddələrin gətirilməsinin qarşısı alınıb
# 11 mart 2016 09:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşının üzərində narkotik və psixotrop maddələr aşkar edilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, şəxsi yoxlama zamanı həmin vətəndaşın daxili orqanından (düz bağırsağından) cəmi 39 ədəd bükümdə, 202 həb şəklində metadon və 11 həb şəklində diazepam aşkar olunaraq götürülüb.

Xatırladaq ki, metadon “Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik maddələr”in 2-ci siyahısına daxildir və aşkar olunan 202 həbdə metadonun təsiredici maddəsinin xalis çəkisi 0,808 qram təşkil edir.

Diazepam isə “Azərbaycan Respublikası ərazisində nəzarət edilən psixotrop maddələr”in 3-cü siyahısına daxildir və aşkar olunan 11 həbdə diazepamın təsiredici maddəsinin xalis çəkisi 0,022 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR