Sumqayıtda maşınla vurulan şəxs bir həftə sonra xəstəxanada ölüb

Sumqayıtda maşınla vurulan şəxs bir həftə sonra xəstəxanada ölüb
# 06 iyul 2016 10:27 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıt şəhərində maşınla vurulan şəxs ölüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 29-da şəhər sakini Sərxan İmamov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən Mirzəağa Kazımovu vurub. Xəstəxanaya yerləşdirilmiş M. Kazımov iyulun 5-də orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR