Bakı. Könül Kamilqızı – APA. Aprelin 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, şimal küləyi əsəcək. Havanın temperaturu gecə 7-10 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında arabir yağış yağacağı. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 15-20, dağlarda gecə 0-5, gündüz 9-14 dərəcə isti olacaq.