ABŞ-ın Luiziana ştatında fövqəladə vəziyyət elan edilib

ABŞ-ın Luiziana ştatında fövqəladə vəziyyət elan edilib
# 12 avqust 2016 22:35 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Luiziana ştatında yağan güclü yağış və baş verən daşqınlarla əlaqədar fövqəladə vəziyyət elan edilib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, şiddətli yağışlar nəticəsində Luiziana ştatının cənub-şərqində və Missisipi ştatının cənubunda bir çox çaylar daşaraq məcrasında çıxıb.

ABŞ-ın Milli Meteoroloji xidmətinin proqnozuna əsasən, avqustun 13-də regionda yağıntılı hava şəraiti davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR