Kaxa Kaladze: "İrandan Gürcüstana çəkiləcək qaz kəməri Azərbaycandan keçə bilər"

Kaxa Kaladze: "İrandan Gürcüstana çəkiləcək qaz kəməri Azərbaycandan keçə bilər"
# 25 yanvar 2016 06:59 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Gürcüstana İrandan qaz kəməri iki marşrutla çəkilə bilər.

Bunu APA-nın Gürcüstan bürosuna bu ölkənin baş nazirinin birinci müavini, energetika naziri Kaxa Kaladze bildirib.

Onun sözlərinə görə, qaz kəməri ya Azərbaycan, ya da Ermənistan üzərindən keçə bilər.

"Hələlik bununla bağlı bizim İranla birbaşa danışıqlarımız yoxdur", - deyə K. Kaladze qeyd edib.

Baş nazirin müavini Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana gözlənilən rəsmi səfərini də müsbət qiymətləndirib: "Biz buna çox sevinirik. Bizim mehriban və yaxşı münasibətlərimiz var. Azərbaycan prezidentinin Gürcüstana rəsmi səfəri bir daha təsdiq edir ki, bizim dostluğa əsaslanan, çox yaxşı münasibətlərimiz var".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR