“Maserati” 28 235 avtomobili geri çağırır

“Maserati” 28 235  avtomobili geri çağırır
# 13 mart 2016 02:47 (UTC +04:00)

Bakı-APA. İtaliyanın “Maserati” avtomobil istehsalı şirkəti Şimali Amerika bazarından “Quattroporte” və “Ghibli” markalı 28 235 avtomobili geri çağırıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, buna səbəb sürücünün ayaqları altında olan ayaqaltı xalının qaz pedalına sıxılması nəticəsində sürətin qəfil artırılması təhlükəsinin olmasıdır. Müvafiq rəy ABŞ Avtomobil Yollarında Hərəkətin Təhlükəsizliyi Milli İdarəsi (NHTSA) tərəfindən verilib.

“Sürətin nəzarətsiz və qəfil artması qəza, ciddi xəsarət və ölümə səbəb ola bilər”, - deyə rəydə qeyd olunur.

Məlumata görə, 2013-cü ilin fevralın 1-dən 2015-ci ilin noyabrın 30-dək müddətdə istehsal olunmuş avtomobillərin geri çağırılma kampaniyasına aprelin 29-dan start veriləcək. Bütün işlər (ayaqaltı halının, yaxud, qaz pedalının dəyişdirilməsi) dilerlər tərəfindən ödənişsiz həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR