Peskov: “Suriyada atəşkəs qüvvəyə mindikdən sonra da terrorçuların mövqelərinə zərbələr endirəcəyik”

Peskov: “Suriyada atəşkəs qüvvəyə mindikdən sonra da terrorçuların mövqelərinə zərbələr endirəcəyik”
# 26 fevral 2016 13:14 (UTC +04:00)

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

D. Peskov qeyd edib ki, bu, Rusiya ilə ABŞ arasında razılaşdırılmış təşəbbüsün şərtlərindən biridir. “Rusiya Hava Kosmik Qüvvələri Suriyada bu ölkənin hərbi qüvvələrinə dəstək verilməsi istiqamətində əməliyyatları davam etdirir, bu əməliyyatlar İŞİD və digər terror təşkilatlarına qarşı yönəlib”, - deyə o qeyd edib.

Xatırladaq ki, Rusiya və ABŞ arasında imzalanan sazişə əsasən fevralın 27-dən Suriyada atəşkəs rejimi qüvvəyə minməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR