Kabildə minalanmış yük maşını partladılıb - YENİLƏNİB

Kabildə minalanmış yük maşını partladılıb - <span style="color: red;">YENİLƏNİB
# 01 avqust 2016 01:42 (UTC +04:00)

Bakı-APA. Əfqanıstanın paytaxtında minalanmış yük maşını partladılıb.

APA-nın Reuters agentliiynə istinadən verdiyi xəbərə görə, yük maşını əsasən əcnəbi vətəndaşların qaldığı “Northgate” hotelinin qarşısında partladılıb.

Partlayışdan sonra 4 silahlı hotelə hücum etməyə cəhd edib. Hadisə nəticəsində ölən və yaralananlar barədə hələ ki, məlumat yoxdur.

İnsidentə görə məsuliyyəti “Taliban” hərəkatı öz üzərinə götürüb.

***

01:47

Bakı-APA. Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.


APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, partlayışdan əvvəl paytaxtda elektrik enerjisi qəflətən kəsilib.


Ölən və yaralananlar barədə məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR