Bakıda mağazadan oğurluq edən qadınlar tutulub

Bakıda mağazadan oğurluq edən qadınlar tutulub
# 29 fevral 2016 09:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda mağazadan oğurluq edən qadınlar saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyünün və 22-ci Polis Bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtaraş tədbirləri nəticəsində, fevral ayında mütəmadi olaraq, Füzuli küçəsindəki yeraltı keçiddə yerləşən Nicat Məcidova məxsus mağazadan 1300 manat dəyərində bijuteriya əşyaları oğurlamaqda şübhəli bilinən Göyçay rayon sakini, 1985-ci il təvəllüdlü Afaq Mehdiyeva və Bakı şəhər sakini 1974-cü il təvəllüdlü Mətanət İsmayılova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR