Əli Kərimlinin evi qarşısında növbəti etiraz aksiyası keçirilib

Əli Kərimlinin evi qarşısında növbəti etiraz aksiyası keçirilib
# 11 aprel 2016 12:53 (UTC +04:00)

Bakı-APA. Bu gün Bakıda Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yaşadığı evin qarşısında növbəti etiraz aksiyası keçirilib.

APA-nın xəbərinə görə, bir qrup gənc Ə. Kərimlinin cəbhədə baş verən son döyüşlərlə bağlı səsləndirdiyi fikirlərə etiraz edib, Ermənistan mətbuatının bu fikirlərə istinad etməsini pisləyib.

Aksiyada “Ar olsun!”, "Gəncləri uçuruma sürükləmə", "Ya adam ol, ya da vətəndaşlıqdan çıx", "Xaos yaratmağa imkan verməyəcəyik" kimi şüarları səsləndirilib.

Aksiyanın qarşısı polisin müdaxiləsi ilə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR