Xətai və Qaradağda ev yanıb

Xətai və Qaradağda ev yanıb
# 31 yanvar 2016 07:11 (UTC +04:00)

Bakı – APA. Bakı şəhərinin Xətai rayonunda vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan birmərtəbəli taxta konstruksiyalardan ibarət ev və içərisindəki əşyalar yanıb.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaradağ rayonunda da yanğın olub. Vətəndaşa məxsus ümumi sahəsi 415 kv.m olan birmərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 270 kv.m sahədə və içərisində olan tikinti materialları malları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR