Azərbaycanın bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılır

Azərbaycanın bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılır
# 08 dekabr 2015 14:31 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Sabah saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Türkan-1”, “Türkan-2”, “Novxanı” və “Mərdəkan bağları”, Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Muğan”, Ağdam magistral qaz kəmərləri sahəsinin “Bərdə” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, təmir müddətində Bərdə rayonunun Mehdixanlı və Seyidhüseynli, Hacıqbul rayonunun Muğan və Udulu kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Bakı şəhəri Binəqədi rayonunun, həmçinin Xəzər rayonunun Türkan qəsəbəsi və Mərdəkan qəsəbəsinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR