ADA Universitetində növbəti karyera həftəsi keçirilib

ADA Universitetində növbəti karyera həftəsi keçirilib
# 25 fevral 2016 14:47 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. ADA Universitetində "İstedadlarla karyera imkanları arasında körpü" adlı dördüncü karyera həftəsi keçirilib.

APA-Economics” xəbər verir ki, tədbirin təşkilinin məqsədi ADA Universitetinin tələbə və məzunlarını ölkəmizdəki iş bazarının imkanları ilə tanış etmək, gənclərin istedadını daha səmərəli təqdim etmək, inkişafda olan sənaye sahələri, dövlət və özəl sektorun insan kapitalı ehtiyacı barədə aydın təsəvvür yaratmaqdır.

ADA Universiteti və “Azərsun Holdinq”in birgə təşkil etdiyi karyera həftəsində 40-dan çox şirkətin iştirakı ilə sərgi və təqdimatlar, hazırkı iqtisadi vəziyyətdə iş axtarışı, ixtisarlar zamanı karyera ilə bağlı necə düzgün qərarlar verməli, korporativ əlaqələrin qurulması, liderliyin inkişafı və s. mövzularda seminarlar keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən “Azərsun Holdinq”in Müşahidə Şurasının üzvü Tahir Gözəl tələbələrə gələcək iş həyatları ilə bağlı məsləhətlərini verdi, indiki zamanda yüksək təhsilli gənclərə tələbat artır, böyük şirkətlərin yaxşı işçiləri cəlb etmək üçün rəqabət etdiklərini və getdikdə bu tələbatın daha da artacağını bildirib.

ADA Universitetinin uğurlu karyeraya başlayan məzunları təcrübələrini tələbələrlə bölüşüb, onlara tövsiyələrini veriblər. Tədbirdə ADA Universitetinin 1000-dən çox tələbə və məzunu iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR