ABŞ-da neft buruğunda partlayış olub, ölən və yaralananlar var

ABŞ-da neft buruğunda partlayış olub, ölən və yaralananlar var
# 20 iyun 2016 20:13 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Şimali Dakota ştatında neft buruqlarının birində partlayış baş verib.

APA-nın ABC telekanalına istinadən verdiyi xəbərə görə, insident Uotford-siti şəhəri yaxınlığında qeydə alınıb.

Nəticədə 1 nəfər ölüb, 3 nəfər yaralanıb. 52 yaşlı Vayominq ştatı sakini aldığı yaralardan hospitalda vəfat edib. Hadisənin təfərrüatları və partlayışın səbəbləri açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR