"Azərbaycan Dəmir Yolları"nın tərəfdaşı maliyyə çətinliklərini həll etmək üzrədir

"Azərbaycan Dəmir Yolları"nın tərəfdaşı maliyyə çətinliklərini həll etmək üzrədir
# 01 avqust 2016 12:46 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. 2015-ci ildə "Stadler Group" şirkəti müəyyən çətinliklərlə üzləşib.

"APA-Economics" "Belta" agentliyinə istinadən xəbər verir ki, bu barədə baş direktoru və sahibi Peter Şpuler bildirib.

Baş dikrektor bildirib ki, buna Rusiyanın "Aeroekspress" şirkətinin ödəniş qabiliyyətinin pisləşməsi ucbatından sifarişin bir hissəsindən imtina etməsi səbəb olub: "Biz davam edən istehsalat prosesini uzatmaq məcburiyyətində qalaraq başqa maliyyə mənbəyi axtarmağa başladıq. Bu gün artıq problem həll olunmaq üzrədir".

Xatırladırıq ki, "Azərbaycan Dəmir Yolları" QSC "Stadler Group" şirkətindən KİSS markalı 5 ikimərtəbəli elektrik qatarı alıb.

Yeri gəlmişkən, "Aeroekspress" şirkəti sifarişin bir hissəsindən imtina etdikdən sonra, Rusiya şirkəti üçün nəzərdə tutulan iki qatar Azərbaycana göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR