Sudanda avtobusun yük maşını ilə toqquşması nəticəsində 32 zəvvar ölüb

Sudanda avtobusun yük maşını ilə toqquşması nəticəsində 32 zəvvar ölüb
# 10 iyun 2016 02:13 (UTC +04:00)

Bakı-APA. Sudanın şərqində zəvvarları daşıyan avtobusun yük maşını ilə toqquşması nəticəsində 32 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Hartum və Port-Sudan şəhərlərini birləşdirən magistral yolda baş verib. Qəzanın məhdud görünmə şəraitində baş verdiyi bildirilir.

Zəvvarların Səudiyyə Ərəbistanına Ümrə (Kiçik Həcc) ziyarətinə getdiyi qeyd olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR