Polşa səfiri: “Azərbaycan həm də əhəmiyyətli nəqliyyat qovşağına çevrilir”

Polşa səfiri: “Azərbaycan həm də əhəmiyyətli nəqliyyat qovşağına çevrilir”
# 20 may 2016 15:43 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Polşa və Azərbaycan arasında ticarət dövriyyəsi illik 150 milyon dollar təşkil edir”.


APA-nın xəbərinə görə, bu barədə Polşanın Azərbaycandakı səfiri Marek Tsalka bildirib.
O bildirib ki, Azərbaycanda iqtisadiyyatın qeyri-ənənəvi sahələri inkişaf etməkdədir. Səfirin sözlərinə görə, Azərbaycan artıq təkcə neft-qazla zəngin ölkə deyil, həm də əhəmiyyətli nəqliyyat qovşağına çevrilir.

“Vışeqrad qrupu həm öz arasında, həm də üçüncü ölkələrlə əməkdaşlığını davam etdirəcək. Azərbaycan və Gürcüstanla həmişə sıx münasibətlərimiz olub. Bu isə hər şeydən əvvəl qarşılıqlı siyasi dəstəyimizin ifadəsidir” - deyə səfir bildirib.

Azərbaycandan çox sayda gəncin Polşa universitetlərində təhsil almağa getdiyini deyən səfir humanitar sahədə əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR