Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində Azərbaycana 68 mlrd. dollardan çox sərmayə qoyulub

Hasilatın Pay Bölgüsü Sazişləri çərçivəsində Azərbaycana 68 mlrd. dollardan çox sərmayə qoyulub
# 20 sentyabr 2016 07:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Hazırda SOCAR 15 ölkənin 23 şirkəti ilə imzalanmış 17 Hasilatın Pay Bölgüsü Sazişində (HPBS) Azərbaycan dövlətini uğurla təmsil edir.

"APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövnəq Abdullayevin "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində deyilir.

Onun sözlərinə görə, eyni zamanda SOCAR-ın təsisçiliyi ilə yaradılmış 36 birgə müəssisə, 6 alyans, xarici ölkələrdəki törəmə şirkətlərin fəaliyyəti neft və qaz sənayesinin, demək olar ki, bütün sahələrini əhatə edir: "Birgə layihələrdə əməkdaşlıq etdiyimiz xarici partnyorlar arasında BP, “Total”, “Petronas”, TPAO, “Chevron”, “Statoil”, “LUKoil” və digər dünya miqyaslı şirkətlər vardır. HPBS-lər çərçivəsində 1995-2016-cı illərdə Azərbaycanın neft-qaz sektoruna ümumilikdə 68,2 milyard ABŞ dollarından artıq sərmayə qoyulmuşdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR