"APA-Economics"in xəbərinə görə, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) vitse-prezidenti Arif Məmmədov deyib.
“Biz elan etmişik ki, loukosterlərlə uçuşlar "Terminal 2"-dən həyata keçirilir, sərnişinlər də biletləri oradan əldə edirlər. Kim loukosterlərə bilet almaq istəyirsə, bir ay qabaqcadan "Terminal 2"-dən əldə edə bilər”, - deyə A. Məmmədov bildirib.
Qeyd edək ki, loukosterlərə biletlərin qıtlığı və bu kateqoriyadan olan biletləri almağın mümkün olmaması ilə bağlı narazılıqlar var.
Loukoster daha aşağı qiymətə uçuşlar həyata keçirən aviadaşıyıcıdır.