Ötən ay SOCAR Supsa limanından xam neftin ixracını 30% azaldıb

Ötən ay SOCAR Supsa limanından xam neftin ixracını 30% azaldıb
# 01 aprel 2016 16:59 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin mart ayında SOCAR Supsa limanından 176 335 ton xam neft ixrac edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, 2015-ci ilin mart ayı ilə müqayisədə 30,58% azdır.

Ümumilikdə, bu ilin yanvar-mart ayları ərzində Supsa limanından 599 600 ton xam neft ixrac edilib ki, bu da ötən ilin yanvar-mart aylarına nisbətən 21,34% azdır.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR