Azərbaycanda istirahət günlərində baş verən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb

Azərbaycanda istirahət günlərində baş verən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb
# 02 may 2016 11:09 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Azərbaycanda istirahət günlərində baş verən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, aprelin 30-da respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Mayın 1-də respublikanın avtomobil yollarında isə 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Hər bir faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR