İtaliya səfiri: “Azərbaycan bizim üçün çox vacib ölkədir”

İtaliya səfiri: “Azərbaycan bizim üçün çox vacib ölkədir”
# 15 mart 2016 08:50 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “Azərbaycan Avropa İttifaqı və İtaliya üçün çox vacib ölkədir”.

APA-nın məlumatına görə, bu sözləri İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo Aİ ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin birgə həyata keçirdiyi “tvinning” layihəsinin həyata keçirilməsinə başlanması ilə bağlı keçirilən tədbirdə deyib. O bildirib ki, tərəflər bu əməkdaşlığı gücləndirmək üçün əlindən gələni edəcək: "İtaliya ilə Azərbaycan arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsində davam edir. Azərbaycan Avropa və İtaliya üçün enerji daşıyıcılarını ixrac edən ölkə kimi əhəmiyyətlidir. İtaliya ilə Azərbaycanı birləşdirən cəhətlər çoxdur, ortaq tarixi məqamlar da mövcuddur. Azərbaycanla İtaliya arasında 20 illik münasibət tarixi var. Əməkdaşlığımızın əsas hissələrindən biri də mədəniyyət sahəsidir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR