Amerikalı general: “Azərbaycan təhlükəsizlik və sabitliyə böyük maraq göstərir”

Amerikalı general: “Azərbaycan təhlükəsizlik və sabitliyə böyük maraq göstərir”
# 26 may 2016 17:26 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Azərbaycan Əfqanıstanda keçirilən sülhməramlı əməliyyatlara dəstək verir. Bu fakt artıq onun əyani sübutudur ki, Azərbaycan məhz gücləndirilmiş təhlükəsizlik və sabitliyə çox böyük maraq göstərir”.

APA-nın xəbərinə görə, bunu Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığının rəhbəri, general Ben Hodges deyib.

O qeyd edib ki, ABŞ və Azərbaycan hərbi sahədə uzun illərdir tərəfdaş kimi fəaliyyət göstəriblər: “Bizim hərbçilərimiz Əfqanıstanda çiyin-çiyinə qulluq ediblər. Buna görə Azərbaycana təşəkkürümü bildirmək istəyirəm”.

Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığının rəhbəri bildirib ki, səfərinin məqsədlərindən biri Azərbaycanın yüksək çinli hərbçiləri ilə bilavasitə şəxsi əlaqələr yaratmaqdır.

ABŞ Oklohoma Milli Qvardiyasının generalı Tomson isə bildirib ki, ABŞ Azərbaycan hərbi qüvvələri ilə uzunmüddətli tərəfdaşlıqdan şaddır: “Bundan sonra bu tərəfdaşlığa təkan verməyə, bu kimi tərəfdaşlığı davam etdirməyə ümidliyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR