İlin əvvəlindən 100-dən artıq çoxmərtəbəli bina qazlaşdırılıb

İlin əvvəlindən 100-dən artıq çoxmərtəbəli bina qazlaşdırılıb
# 04 aprel 2016 08:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Azəriqaz” İB çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

İB-dən “APA-Economics”ə verilən məlumata görə, cari ilin yanvar-mart aylarında hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 107 çoxmərtəbəli binaya təbii qazın verilməsini təmin edib. Qeyd edək ki, həmin binalarda ümumilikdə 3 191 ailə yaşayır.

“Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum kimi zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR