Dövlət Komissiyası: Bu gün hərbçilərin meyitləri qoşunların təmas xəttində qaytarılıb - FOTOSESSİYA

Dövlət Komissiyası: Bu gün hərbçilərin meyitləri qoşunların təmas xəttində qaytarılıb - <span style="color: red;">FOTOSESSİYA
# 10 aprel 2016 14:54 (UTC +04:00)

Bakı-APA. Bu gün aidiyyəti beynəlxalq təşkilatların vasitəçiliyi ilə əldə edilmiş qarşılıqlı razılaşmaya uyğun olaraq, Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hərbi əməliyyatlar zamanı hər iki tərəfin nəzarətində qalmış hərbçilərin meyitləri qoşunların təmas xəttində qaytarılıb.

APA-nın xəbərinə görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Məlumatda bildirilir ki, proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilib. Proses zamanı qarşı tərəf atəşkəs rejimini pozub.

Müvafiq prosedurlar başa çatdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR