Lavrov: "Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşkəsə riayət etməyə çağırır"

Lavrov: "Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərini atəşkəsə riayət etməyə çağırır"
# 11 aprel 2016 11:46 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiya və İsveçrə xarici işlər nazirləri Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov isveçrəli həmkarı Didye Burkhalterlə keçirdiyi birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu gün keçirilən görüşdə Dağlıq Qarabağdakı vəziyyət müzakirə olunub: "Rusiya Dağlıq Qarabağda münaqişə tərəflərini atəşkəs barədə əldə olunan razılığa riayət etməyə çağırır. Biz İsveçrə ilə bərabər olduqca sadə olmayan münaqişənin siyasi yolla həllində maraqlıyıq".

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR