Berat Albayrak: “Türkiyə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında tam qətiyyətlidir"

Berat Albayrak: “Türkiyə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında tam qətiyyətlidir"
# 29 fevral 2016 23:59 (UTC +04:00)

Bakı-APA. Türkiyənin enerji və təbii ehtiyatlar naziri Berat Albayrak ölkəsinin enerji daşıyıcılarının Aİ ölkələrinə tədarük marşrutlarının şaxələndirilməsinə yardım edəcək “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında qətiyyətli olduğunu bildirib. APA-nın “Anadolu”ya istinadən verdiyi xəbərə görə,

“Türkiyə “Cənub Qaz Dəhlizi” layihəsinin reallaşdırılmasında tam qətiyyətlidir. Bu layihə Aİ-nin irəli sürdüyü enerji təhlükəsizliyinin və enerji marşrutlarının şaxələndirilməsinin təmin olunması siyasətinə dair 10 il əvvəlki təşəbbüsünə böyük tövhə verməyə qadirdir”, - deyə Berat Albayrak Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” layihəsinin Məşvərət Şurasının II iclası çərçivəsində bildirib.

Nazirin sözlərinə görə, 45 mlrd dəyərində olan “Cənub Qaz Dəhlizi” miqyasına görə dünya təcrübəsində misilsiz bir layihədir.

“Azərbaycan və Türkiyə arasında olan əməkdaşlıq bütün dünya üçün bir nümunədir”, - nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR