Dağıstan lideri Ramazan Abdulatipov Azərbaycana gəlib

Dağıstan lideri Ramazan Abdulatipov Azərbaycana gəlib
# 12 may 2016 08:23 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Azərbaycanda ilk dəfə 12 -13 may tarixlərində Dağıstan mədəniyyəti günləri keçiriləcək. APA-nın məlumatına görə, bu məqsədlə Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovun rəhbərliyi ilə nümayəndə heyəti Azərbaycana gəlib. 12 may tarixində mədəniyyət günlərinin açılış mərasimi Heydər Əliyev Sarayında baş tutacaq. Mayın 13-də isə nümayəndə heyəti Xaçmaz və Qusar rayonlarına səfər edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR